KPI (Key Performance Indicator) —ingiliscədən tərcümədə “Əsas Performans Göstəricisi” deməkdir.
Bu, rəqəmsal marketinqdə kampaniyanın effektivliyini qiymətləndirmək üçün istifadə edilən konkret məyarları ifadə edir. KPI-lər biznes məqsədlərinə uyğun olaraq təyin edilir və marketinq strategiyasının nə qədər effektiv olduğunu ölçməyə imkan yaradir.
Rəqəmsal marketinqdə əsas KPI-lər
Aşağıda rəqəmsal marketinq kampaniyalarında ən vacib KPI-lər izah olunub:
1. Vebsayt Trafiki
Sessiyalar (Sessions): Sayta daxil olan ziyarətçilərin sayı.
Unikal Ziyarətçilər (Unique Visitors): Sayta ilk dəfə daxil olan istifadəçilər.
Orta Sessiya Müdəti (Average Session Duration): Ziyarətçilərin saytda vaxt keçirdiyi orta zaman.
Bounce Rate (Tullanma Faizi): Sayta daxil olub heç bir əməliyyat etmədən çıxan istifadəçilərin faizi.
2. Konversiya Dərəcəsi (Conversion Rate)
Satış Konversiyaları: Saytda gerçəkləşən satışların faiz nisbəti.
Lid Konversiyaları: Ziyarətçilərin formanı dolduraraq əlaqə saxlaması.
E-poçt Abunələri: Marketinq e-poçt abunəliyini təsdiq edən istifadəçilər.
3. Reklam Performansı
CTR (Click-Through Rate – Klikləmə dərəcəsi): Reklamı görən insanların nə qədərinin klik etdiyini göstərir.
CPC (Cost-Per-Click – Klik Başı Xərclər): Hər klikə düşən məbləğ.
ROI (Return on Investment – Yatırım Gəliri): Reklamdan əldə edilən qazancı xərclərə bölərək hesablamaq.
4. Sosial Media KPI-ləri
Follower Artımı: Səhifənin izləyici sayının artış tempi.
Engagement Rate (Fəallıq Dərəcəsi): Postlarla fəal əlaqə (bəyənmə, şərh, paylaşım).
Story Views və Video İzlənmələr: Instagram, Facebook, TikTok üçün önəmli KPI-lər.
5. E-poçt Marketinq Performansı
Açılma Dərəcəsi (Open Rate): Göndərilən e-poçtların neçə faizinin açıldığı.
Kliklənən Linklər (CTR): E-poçt daxilindəki linklərə kliklənilmə faiz dərəcəsi.
Abunəlikdən Çıxanlar (Unsubscribe Rate): Kampaniyanın effektivliyini qiymətləndirmək üçün vacibdir.
Nəticə
Rəqəmsal marketinqdə KPI-ləri izləmək biznesinizin hədəflərinə çatmasına kömək edir. SEO, reklam, sosial media və e-poçt marketinq sahələrində KPI-ləri düzgün ölçərək strategiyanızı optimallaşdıra bilərsiniz. KPI-ləri daim izləmək və analiz etmək marketinq kampaniyanızı daha effektiv etməyə imkan yaradar.