KPI nədir?

KPI (Key Performance Indicator) —ingiliscədən tərcümədə “Əsas Performans Göstəricisi” deməkdir.

Bu, rəqəmsal marketinqdə kampaniyanın effektivliyini qiymətləndirmək üçün istifadə edilən konkret məyarları ifadə edir. KPI-lər biznes məqsədlərinə uyğun olaraq təyin edilir və marketinq strategiyasının nə qədər effektiv olduğunu ölçməyə imkan yaradir.

Rəqəmsal marketinqdə əsas KPI-lər

Aşağıda rəqəmsal marketinq kampaniyalarında ən vacib KPI-lər izah olunub:

1. Vebsayt Trafiki

  • Sessiyalar (Sessions): Sayta daxil olan ziyarətçilərin sayı.
  • Unikal Ziyarətçilər (Unique Visitors): Sayta ilk dəfə daxil olan istifadəçilər.
  • Orta Sessiya Müdəti (Average Session Duration): Ziyarətçilərin saytda vaxt keçirdiyi orta zaman.
  • Bounce Rate (Tullanma Faizi): Sayta daxil olub heç bir əməliyyat etmədən çıxan istifadəçilərin faizi.

2. Konversiya Dərəcəsi (Conversion Rate)

  • Satış Konversiyaları: Saytda gerçəkləşən satışların faiz nisbəti.
  • Lid Konversiyaları: Ziyarətçilərin formanı dolduraraq əlaqə saxlaması.
  • E-poçt Abunələri: Marketinq e-poçt abunəliyini təsdiq edən istifadəçilər.

3. Reklam Performansı

  • CTR (Click-Through Rate – Klikləmə dərəcəsi): Reklamı görən insanların nə qədərinin klik etdiyini göstərir.
  • CPC (Cost-Per-Click – Klik Başı Xərclər): Hər klikə düşən məbləğ.
  • ROI (Return on Investment – Yatırım Gəliri): Reklamdan əldə edilən qazancı xərclərə bölərək hesablamaq.

4. Sosial Media KPI-ləri

  • Follower Artımı: Səhifənin izləyici sayının artış tempi.
  • Engagement Rate (Fəallıq Dərəcəsi): Postlarla fəal əlaqə (bəyənmə, şərh, paylaşım).
  • Story Views və Video İzlənmələr: Instagram, Facebook, TikTok üçün önəmli KPI-lər.

5. E-poçt Marketinq Performansı

  • Açılma Dərəcəsi (Open Rate): Göndərilən e-poçtların neçə faizinin açıldığı.
  • Kliklənən Linklər (CTR): E-poçt daxilindəki linklərə kliklənilmə faiz dərəcəsi.
  • Abunəlikdən Çıxanlar (Unsubscribe Rate): Kampaniyanın effektivliyini qiymətləndirmək üçün vacibdir.

Nəticə

Rəqəmsal marketinqdə KPI-ləri izləmək biznesinizin hədəflərinə çatmasına kömək edir. SEO, reklam, sosial media və e-poçt marketinq sahələrində KPI-ləri düzgün ölçərək strategiyanızı optimallaşdıra bilərsiniz. KPI-ləri daim izləmək və analiz etmək marketinq kampaniyanızı daha effektiv etməyə imkan yaradar.

📞 +994(70)9941804
📩 info@360marketinq.az

Portfolio

İnstagram hesabımız

Facebook hesabımız