Peşəkar video çəkilişi və dron çəkilişi xidməti axtarırsınız? Brendinizin hekayəsini vizual güc vasitəsilə danışmaq, tədbirlərinizi yüksək keyfiyyətli görüntülərlə yaddaşlarda saxlamaq və ya məhsul və xidmətlərinizi diqqətçəkən tərzdə təqdim etmək istəyirsinizsə, doğru ünvandasınız.
Bugünkü rəqəmsal dünyada video məzmun auditoriya ilə əlaqə qurmağın ən güclü yollarından biridir. Peşəkar çəkiliş brendin hekayəsini təsirli şəkildə çatdırır, məhsul və xidmətlərə emosional bağlılıq yaradır və sosial media platformalarında daha çox izləyici cəlb etməyə kömək edir.
Bizim təcrübəli komandamız reklam çarxları, korporativ vizuallar , sosial media üçün qısa məzmunlar, təqdimat və müsahibə videoları daxil olmaqla bir çox janrda çəkiliş xidmətləri təqdim edir. Hər bir layihəyə fərdi yanaşır, çəkilişdən əvvəl ssenari hazırlığı, storyboard, lokasiya seçimi, işıqlandırma və montaj mərhələlərini peşəkar səviyyədə həyata keçiririk.
Dron çəkilişi günümüzdə yalnız texnoloji bir yenilik deyil, eyni zamanda məkanların, tədbirlərin və obyektlərin ən təsirli və fərqli bucaqdan təqdimat üsuludur. Təbiət mənzərələri, daşınmaz əmlak layihələri, tikinti obyektləri, hotellər, turizm məkanları və tədbirlər üçün yüksək keyfiyyətli dron çəkilişləri ilə vizual materiallarınızı fərqləndirin.
Bizim sertifikatlı və təcrübəli pilotlarımız DJI və digər qabaqcıl markaların dronları ilə 4K keyfiyyətində sabit, aydın və peşəkar görüntülər təqdim edir. Həm foto, həm də 4k formatında çəkilişlər edirik.
Reklam çarxlarının çəkilişi
Sosial media üçün qısa kontentlər
Tikinti və inşaat obyektlərinin mərhələli dron izlənməsi
Tədbir və mərasim çəkilişi
Korporativ təqdimat
Hotel və turizm obyektlərinin havadan təqdimatı
Real estate və əmlak obyektlərinin dron ilə vizualizasiyası
Sənaye və zavod məkanlarının ümumi görünüşünün hazırlanması
✅ Təcrübə və peşəkarlıq – Komandamız illərin təcrübəsinə malik operatorlar, rejissorlar və dron pilotlarından ibarətdir.
✅ Yüksək keyfiyyət – İstifadə etdiyimiz texnika və proqram təminatı vasitəsilə 4K və 6K keyfiyyətdə təqdim edirik.
✅ Sürətli montaj və post-proses – Çəkilişdən sonra qısa zamanda montaj, rəng düzəlişi və səs dizaynı həyata keçirilir.
✅ SEO yönümlü kontent – Hazırladığımız materiallar veb saytınız və sosial media üçün optimallaşdırılır, YouTube və digər platformalarda izləyici sayını artırmaq üçün metatəq və başlıqlar əlavə olunur.
✅ Əlçatan qiymətlər – Video və dron çəkilişi xidmətlərimizi müxtəlif büdcələrə uyğun paketlərlə təqdim edirik.
✅ Fərdi yanaşma – Hər bir müştərinin ehtiyac və məqsədlərinə uyğun ssenari, çəkiliş planı və təqdimat tərzi formalaşdırılır.
✅ Çevik əməkdaşlıq – Layihə müddətində daim əlaqə saxlayaraq sizə uyğun vaxt və lokasiyada çəkilişlər həyata keçiririk.
✅ Təqdimat dəstəyi – Yalnız video hazırlamırıq, eyni zamanda hazırlanmış materialların sosial mediada necə paylaşılmalı olduğunu da tövsiyə edirik.
Çəkiliş və dron xidmətlərini təkcə vizual estetikaya görə deyil, brend dəyəri yaratmaq, auditoriya ilə əlaqəni gücləndirmək və satışları artırmaq üçün də istifadə edirik. Hər müştərinin ehtiyacını və məqsədini anlayaraq, uyğun ssenari və yanaşma təklif edirik.
1. Dron çəkilişləri üçün xüsusi icazə lazımdır?
Bəli, bəzi məkanlar üçün xüsusi icazələr tələb oluna bilər. Komandamız bu icazələrin alınmasında sizə dəstək göstərir.
2. Çəkilişlər üçün nə qədər əvvəl müraciət etməliyəm?
Ən az 3-5 gün əvvəl müraciət etmək tövsiyə olunur. Xüsusi tədbir və ya böyük layihələr üçün 1-2 həftə öncə planlaşdırmaq daha uyğundur.
3. Çəkilən materiallar kimə məxsus olur?
Çəkilişlər tamamlandıqdan sonra montaj olunmuş və ya xammal materiallar tam olaraq sifarişçiyə təqdim olunur.
4. Montaj müddəti nə qədərdir?
Video formatından və uzunluğundan asılı olaraq montaj prosesi 2-7 iş günü arasında tamamlanır.
5. Ssenari də siz tərəfdən yazıla bilərmi?
Əlbəttə ki! Peşəkar kopirayterlərimiz verdiyiniz brief əsasında sizin üçün uğurlu ssenarilər, reklam mətnləri yaza bilər. Yazdığımız ssenari sizinlə detallı, qarşılıqlı şəkildə müzakirə edildikdən və təsdiqləndikdən sonra işə başlayırıq.
6. Hansı sahələr üzrə çəkilişləriniz var?
Bu suallara onlarla sahəni misal gətirə bilərik. Komandamız 8 ildən çoxdur ki, müxtəlif şirkətlərdə, müxtəlif sahələr üzrə çəkilişlər həyata keçirir. Bura turizm, tikinti, təhsil, tədbir, geyim, restoran, xidmət sahələri və s. aiddir. Eyni zamanda menu hissəsindən portfoliomuza keçid edərək gördüyümüz işlərə vizual olaraq da baxa bilərsiniz.
6. Ödəniş şərtləri necədir?
İstər nağd, istərsə də rəsmi köçürmə yolu ilə ödəniş edə bilərsiniz. Ödənişin 30%-i öncədən, qalan hissəsi isə montaj prosesi tamamlanıb iş sizə tam təhvil verildikdən sonra edilir.
İlk olaraq sizinlə əlaqə saxlayaraq layihənizin məqsədlərini, hədəf auditoriyanı, çəkiliş mövzusunu və istifadə məqsədini öyrənirik. Sizdən aşağıdakı məlumatları alırıq:
Məkan və çəkiliş tarixi
İstədiyiniz video formatı (reklam, tanıtım, sosial media, dron və s.)
Xüsusi tələblər və vizual istəklər
Çıxış müddəti və deadline
Əldə etdiyimiz məlumatlara əsasən sizə uyğun bir ssenari, storyboard və ya çəkiliş planı təqdim edirik. Əgər sizin ideyanız hazırdırsa, onu daha da təkmilləşdiririk; yoxdursa, sıfırdan yaradıb razılaşdırırıq.
Komandamız lokasiyanı analiz edir, lazım olan texniki avadanlıqları və işıqlandırma planını müəyyən edir.
Dron uçuş izni və hava şəraiti ilə bağlı hazırlıqlar aparılır.
Əgər ssenaridə aktyor və ya danışan şəxs varsa, kastinq və məşqlər təşkil olunur.
Müştərinin təsdiqlədiyi plana əsasən yerində peşəkar çəkilişlər həyata keçirilir.
Operatorlar, dron pilotları və rejissor komanda şəklində işləyərək texniki və yaradıcı tələblərə cavab verən görüntülər toplayır.
Müştəri çəkiliş zamanı istəyə bağlı olaraq yerində iştirak edə və ya görüntüləri online izləyə bilər.
Çəkilişdən sonra montaj komandamız görüntüləri seçir, düzəliş edir və rəng korreksiyası, səs dizaynı, altyazı və animasiya kimi prosesləri həyata keçirir.
Video 4K və ya 6K keyfiyyətli formatda hazırlanır.
Əgər SEO yönümlü kontentdirsə, YouTube və sosial media üçün başlıq, təsvir və metatəqlər əlavə olunur.
Hazır videonu əvvəlcə ön baxış üçün link olaraq sizinlə paylaşırıq.
Geri dönüşünüzə uyğun olaraq lazım olan düzəlişləri edirik.
Son versiya sizə həm sosial media, həm də arxiv üçün uyğun formatlarda təhvil verilir (MP4, ProRes, vertical/horizontal və s.).
Dəstəkləyici xidmətlər: Fotosessiya, afişa dizaynı, intro/outro animasiyası
Xidmət sonrası məsləhət: Videonun necə paylaşılması, saat seçimi, sponsorlu reklam üçün təkliflər
Əgər siz də brendinizi tanıtmaq, tədbirinizi yaddaşlarda saxlamaq və ya məhsullarınızı peşəkar təqdim etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. 4K çəkiliş və dron çəkilişi xidmətlərimizlə vizual dünyada fərq yaratmağa başlayın!
📞 +994(70)9941804
📩 info@360marketinq.az