Reklam mətni necə yazılmalıdır? Reklam dahisi Devid Oqilvidən 8 qızıl qayda !

Reklam mətni necə yazılmalıdır? Reklam dahisi Devid Oqilvidən 8 qızıl qayda !

"Reklam mətni necə yazılmalıdır?" deyənlərə reklamın atası sayılan Devid Oqilvidən reklam başlıqları ilə bağlı 8 qızıl qayda❗️

Başlıq əksər reklamların ən vacib elementidir. O oxucunun əsas mətni ouyub-oxumayacağını təyin edir. Başlığı oxuyanların sayı əsas mətni oxuyanlardan demək olar ki, 5 dəfə çoxdur. Belə çıxır ki, başlıq yazarkən 1$-ın 80 sentini xərcləyirsiniz. Əgər başlıqda satışa istiqamətlənməmiş heç nə demirsinizsə, şirkətinizin pulunun 80%-ni boşa xərcləyirsiniz. Ən böyük günah isə reklam mətnini başlıqsız yazmaqdır. Bu cür məntiqsiz möcüzələrə hələ də rast gəlmək olur. Belə reklam yazarlarına heç vaxt həsəd aparmaram. (c) Devid Oqilvi
1. Başlıq "məhsulun etiketi"dir.
Başlıq "məhsulun etiketi"dir. Başlığı reklam etdiyiniz məhsulu alacaq oxucuların diqqətini çəkmək üçün əlinizdə bayraq edin. MƏDƏ AĞRISI PROBLEMİ üçün məhsul satırsınızsa, başlıqda MƏDƏ AĞRISI PROBLEMİ ifadəsindən istifadə edin. Bu başlıq bu cür problemi olan hamının diqqətini çəkəcək. Reklamınızı ANALARın oxumağını istəyirsinizsə, başlıqda ANALAR sözündən istifadə edin. Eyni qayda ilə məhsulunuzun hədəfə aldığı oxucuları xaric edəcək ifadələr yazmayın. Reklam etdiyiniz məhsul həm kişilər, həm də qadınlar tərəfindən istifadə edilirsə başlıqda təkcə qadınları hədəfə almayın, bu kişi müştəriləri əldən buraxmaq deməkdir.
2. Hər başlıq oxucunun şəxsi marağına səslənməlidir.
Hər başlıq oxucunun şəxsi marağına səslənməlidir. "Hormone Cream" reklamlarındakı kimi qadınlara fayda vəd verilməlidir: 35 YAŞDAN YUXARI QADINLAR ÜÇÜN DAHA GƏNC GÖRÜNÜŞ.
3. Başlıqlarda istifadə olunan sözlər
Başlıqlara həmişə xəbər məzmunu qatmağa çalışın, çünki istehlakçı həmişə yeni məhsul və ya əvvəlki məhsul üçün yeni istifadə qaydaları, yaxud əvvəlki məhsulda təkmilləşdirilmiş yenilik axtarır. Başlıqda istifadə olunası ən güclü 2 söz var: PULSUZ VƏ YENİ. "Pulsuz" daha az istifadə oluna bilər, amma daha artıq cəhd göstərərək YENİ sözündən mümkün olan hər yerdə istifadə edə bilərsiniz.
4. Reklamlarda möcüzə yaradan sözlər
Reklamda möcüzələr yaradan söz və ifadələr bunlardır:
Bu klişelərdən imtina etməyin. Doğrudur, bunlardan çox istifadə olunur, amma hələ də işə yarayırlar. Elə buna görə də birbaşa satış şirkətlərinin reklamlarında bu cür başlıqlara tez-tez rast gəlinir.
5. Marka adını başlıqda istifadə edin
Başlıqları oxuyanların sayı əsas mətni oxuyanlardan 5 dəfə çoxdur, buna görə oxucuya heç olmasa hansı markanı tanıtdığınızı başlıqda istifadə etməyiniz çox vacibdir. Elə buna görə də çox vaxt markanı başlıqda istifadə etməlisiniz
"Başlığı oxuyanların sayı əsas mətni oxuyanlardan demək olar ki, 5 dəfə çoxdur. Belə çıxır ki, başlıq yazarkən 1$-ın 80 sentini xərcləyirsiniz."
Devid Oqilvi
6. Reklam başlığında neçə söz yazılmalıdır?
Satış vədinizi başlığa daxil edin. Bunun üçün uzun başlıq lazımdır. Nyu-York Universiteti Pərakəndə Satış Məktəbi böyük mağaza ilə birgə apardığı başlıq araşdırmalarında məlum olmuşdur ki, xəbər və məlumatlardan ibarət 10 sözlük başlıq qısa başlıqlara nisbətən daha çox satışa səbəb olur. 6-dan 12-ə qədər sözdən ibarət başlıqlar qısa başlıqlardan daha effektivdir və 12 sözlü başlıq ilə 3 sözlü başlıq arasında oxunmaya görə böyük bir fərq yoxdur. Başlığınızla diqqət çəksəniz insanlar əsas mətni də oxuya bilərlər. Buna görə başlıqlarınızı davamını oxumağa sövq edəcək "yem"lə bitirməlisiniz.
7. Reklam yazarkən etdiyimiz səhvlər
Bəzi mətn yazarları başlıqlarda söz oyunlarına girişirlər-ikibaşlı cümlələr, ədəbi eyhamlar və başqa anlaşılmaz ifadələrdən istifadə edirlər. BUNLAR GÜNAHDIR. 1960-ci ildə "The Times Literary Supplement" ingilis reklamlarında oyunbazlıq vərdişini tənqid etmiş və "Bunlar rahatlığa qaçan, reklamverəni və onun müştərilərini əyləndirmək məqsədilə hazırlanmış orta sinif üçün xüsusi zarafatlardır",- deyə xarakterizə etmişdi. Həqiqətən də belədir. OXUCULARLA OYUN OYNAMAYIN.6-dan 12-ə qədər sözdən ibarət başlıqlar qısa başlıqlardan daha effektivdir və 12 sözlü başlıq ilə 3 sözlü başlıq arasında oxunmaya görə böyük bir fərq yoxdur. Başlığınızla diqqət çəksəniz insanlar əsas mətni də oxuya bilərlər. Buna görə başlıqlarınızı davamını oxumağa sövq edəcək "yem"lə bitirməlisiniz.
8. Reklam yazarkən nələri etməməliyik?
Kor başlıqlardan qaçın. Bunlar aşağıdakı əas mətni oxumadan başa düşülməyən başlıqlardır. Unutmaq lazım deyil ki, əksəriyyət əsas mətni oxumur.
Ümid edirik bu yazı sizə reklam mətni yazarkən masaüstü kiçik kitab rolunu oynayacaq, yazdığınız mətnin effektivliyini daha da artıracaq. Reklam yazarlığı haqqındakı bloqlarımıza davam edəcik. Bizi izləmədə qalın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir