Cavablarımız

Tez-tez verilən suallar

Marketinq üzrə hansı xidmətləriniz var?

Marketinq xidmətlərimizlə əsas menyuda "Xidmətlər" bölməsinə keçid edərək ətraflı şəkildə tanış ola bilərsiniz. 

Səhifəmin SMM-ni sizin İdarə etməyinizi İstəyirəm. İşə haradan başlayacıq?

Əvvəlcə sizinlə ilkin görüş təyin edilir. Görüşə qədər apardığımız səhifənizin analizi zamanı yaranmış suallarımızı görüşdə sizə ünvanlayıb cavabları alırıq. Ardınca isə sizin gözləntilərinizi öyrənib araşdırmanın növbəti mərhələsinə keçirik. Təxminən 1 həftə çəkən prosesin ardıyca sizə özəl təklifimizi göndəririk. Təklif qəbul edildikdən sonra tərəflər arasında müqavilə imzalanır və fəaliyyətə başlayırıq.

Bugünə qədər hansı sahələrdə təcrübəniz olub?

Bugünə qədər təhsil, geyim, tikinti, evlərə xidmət, restoran, hotel, şəxsi brendinq, yeni məhsulun bazara girişi, konsaltinq xidməti, təlim, mebel, tibb, travel sahələrində birbaşa təcrübəmiz olmuşdur.

Sizdə biznesə özəl İndividiual paketlər mövcuddurmu?

Bəli. Ümumiyyətlə tövsiyyə edəcəyimiz əsas paket individiual paketdir. Bugünə qədər olan təcrüəmiz göstərmişdir ki, individual yanaşma istər xərc, istərsə gəlir baxımından müştərilərimiz üçün ən uyğun paketdir.

Sizdə təlimlər keçirilirmi?

Bəli. "360 Marketinq" eyni zamanda marketinq sahəsi üzrə təlimlər keçir.

Gaaga-Home-3-Faq-Img (1)